Dünya

İsrail ordusu əməliyyatlara başladı

9 Avqust 2024 12:11
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail hərbi hava qüvvələri gecə saatlarından etibarən Qəzzanın şimalındakı Xan-Yunisdə hərbi əməliyyatlara başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar eyni zamanda silahlıların gizlənə biləcəyi yeraltı sığınacaqlarda da aparılır.

Bununla yanaşı, İsrail hərbi aviasiyası HAMAS-ın silah anbarları və silahlıların toplaşdıqları ehtimal edilən məntəqələr də daxil olmaqla, ümumilikdə 30 obyektə zərbələr endirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.