Yəhya əs-Sinvar HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" hərəkatın bəyanatına istinadən məlumat yayıb.
"HƏMAS İslami Müqavimət Hərəkatı öldürülən İsmayıl Haniyənin yerinə Yəhya əs-Sinvarın hərəkatın Siyasi Bürosunun rəhbəri seçildiyini elan edir", - HƏMAS-ın bəyanatında deyilir.
Bundan əvvəl Sinvar Qəzza zolağında hərəkatın lideri olub.
Qeyd edək ki, İsmayıl Haniyə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda qaldığı iqamətgaha iyulun 30-dan 31-nə keçən gecə zərbə endirilməsi nəticəsində ölüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun