Dünya

Bu ölkədə də uçan taksi sınaqdan keçirildi

11 Avqust 2024 18:00
Baxış: 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "Hyundai Motor Corporation" şirkəti İndoneziyada uçan taksini uğurla sınaqdan keçirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, taksi 50-80 metr hündürlükdə uça bilir və 200 kilometr/saat sürət yığır.

Hava taksisində üç sərnişin və bir pilot səyahət edə bilər.

Sınaqlar İndoneziyanın yeni paytaxtı Nusantara yaxınlığında yerləşən və tikintisi davam edən Samarinda hava limanında aparılıb.

Qeyd olunub ki, Asiya ölkəsinin hakimiyyət orqanları 2030-cu ilə qədər uçan taksilər buraxmağı planlaşdırırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.