İsrail İran və Hizbullahın mümkün hücumunun bir gündən çox davam edə biləcəyinə hazırlaşır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrailin adı açıqlanmayan rəsmisi "NBC Nyus"a açıqlamasında deyib.
Onun sözlərinə görə, HƏMAS-ın siyasi lideri və Hizbullah komandirinin öldürülməsinə cavab olaraq, bir neçə gün ərzində ölkəyə raket və pilotsuz təyyarələr buraxıla bilər.
"Hizbullah İsrailə şimaldan hücum edə bilər, İran isə şərqdən uzaqmənzilli raketlər atacaq. Onlar bizi yormağa çalışacaqlar", - mənbə əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun