Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari məlumat verib.
"Raket 12 uşaq və yeniyetmənin ölümünə səbəb olub", - o, hadisə yerinə yaxın ərazidə jurnalistlərə bildirib.
Daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin bu ağır hücumu cavabsız qoymayacağını və "Hizbullah"ın bunun üçün hələ ödəmədiyi ən yüksək bədəli ödəyəcəyini vurğulayıb. İsrailin xarici işlər naziri İsrael Kats isə bildirib ki, ölkəsi "Hizbullah" və Livanla genişmiqyaslı müharibəyə yaxınlaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun