Dünya

Zaxarova Avropa Sülh Fondunu "Müharibə fondu" adlandırdı

24 İyul 2024 13:11
Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz dəfələrlə qeyd etmişik ki, Aİ sülh potensialını hətta sözlərində də itirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin Ermənistana 10 milyon dollar hərbi yardım ayırması ilə bağlı xəbəri münasibət bildirərkən bunu deyib.

O qeyd edib ki, postsovet məkanını hərbi qarşıdurma zonasına çevirmək üçün hər şey edilir.

"Aİ-nin Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında öz dağıdıcı təsirini Cənubi Qafqazda yaymaq üçün aparılan geosiyasi hesablamalar dayanır. Yaxşı, kollektiv Qərb xəritədə bir qaynar nöqtəli bölgənin az olacağına necə dözə bilər!? Avropa Sülh Fondu isə sülh deyil, müharibə haqqındadır. Sual vermək olar - çoxsaylı böyük münaqişələrin yaşandığı bir regionda müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından 10 milyon dollarla nə etmək olar. Amma öz siyasətini və müdafiəsini necə quracağına qərar vermək suveren ölkənin öz işidir", - Zaxarova qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Avropanın bu cür yardımının sülhməramlı gündəmə yönəldiyinə dair bir fakt yoxdur, lakin bu pulların münaqişələri qızışdırmaq üçün istifadə edilməsinin müşahidə olunduğu bir çox hallar var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.