Dünya

İyunda temperatur əvvəlki illərin istilik rekordlarını qırıb

22 İyul 2024 07:22
Baxış: 869
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İyunda temperatur əvvəlki illərin istilik rekordlarını qırıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Amerikanın "Berkeley Earth" qeyri-kommersiya təşkilatının dərc etdiyi məlumatlara əsasən, 63 ölkədə iyun ayında orta temperatur əvvəllər qeydə alınmış bütün istilik rekordlarını üstələyib.

Təşkilatın işlədiyi meteoroloji ölçmələrin başlanğıc zaman nöqtəsi kimi 1850-ci il götürülüb. 2024-cü ilin iyunu quruda və dənizdə orta temperaturun 1850-1900-cü illər üçün orta aylıq göstəricidən ən azı 1,5 dərəcə yüksək olduğu aydır.

Paris sazişinin məqsədlərindən biri istiləşməni orta göstəricidən 1,5 dərəcə yuxarı məhdudlaşdırmaqdır.

İstilik rekordlarının qırılmasının səbəblərindən biri El Nino fenomeni ilə bağlıdır. Bu, Hind və Sakit Okeanda iqlim və hidroloji amillərin dünyanın bir çox yerlərində temperaturlara təsir edən şəkildə qarşılıqlı əlaqədə olduğu təkrarlanan hadisədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.