Donald Trampa sui-qəsd edildi - ANBAAN VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
ABŞ-ın sabiq prezidenti Trampın mitinqində baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfərin vəziyyəti ağırdır.
Milli.Az bildirir ki, snayperin atəşindən sonra güllələrdən biri səhnənin arxasında dayanan qadının başına dəyib və nəticədə o, yerindəcə dünyasını dəyişib.
Sui-qədçi Trampa təxminən 130 metrdən atəş açıb. Sui-qəsdçi birmərtəbəli binanın damında olub. O, Məxfi Xidmət snayperi tərəfindən məhv edilib.

Trampı mitinqdə güllələyən və zərərsizləşdirilən snayperin Pensilvaniyadan olan 20 yaşlı Tomas Metyu Kruks olduğu bildirilir.
Təhlükəsizlik qüvvələri atışma yerində AR tipli tüfəng tapıb. ABŞ Məxfi Xidməti şübhəlinin səhnəyə doğru 9 dəfə atəş açdığını bildirib.
ABŞ səlahiyyətliləri Trampın mitinqində atəş açan şübhəlinin xaricdə heç kimlə əlaqəsi olmadığını düşünür.
Pensilvaniyada mitinqdə baş verən atışma Trampı öldürməyə cəhd kimi araşdırılır.
Təşviqat kampaniyası bildirib ki, sabiq prezident Donald Tramp şənbə günü Pensilvaniyada təşviqat mitinqi zamanı onun istiqamətinə atılan atəşlərdən sonra başından zədələnib, amma vəziyyəti "yaxşıdır".

Hadisəyə reaksiya verən Prezident Co Bayden, Vitse-Prezident Kamala Harris və sabiq Prezident Baraka Obama siyasi zorakılığı qəti şəkildə pisləyən bəyanatlarla çıxış ediblər.
Trampın seçki kampaniyasının yaydığı bəyanatda prezidentliyə namizədin yerli tibbi müəssisədə müayinə ediliyi bildirilir.
Şənbə günü o, rəqabətin qızğın olduğu Pennsilvaniya ştatının Batler şəhərinə təşviqat mitinqinə gəlmişdi.
Öz sosial media saytında yaydığı açıqlamada Tramp atəş açan şəxsin öldürülüdüyünü, onunla yanaşı bir nümayişçinin öldürüldüyünü və digərinin yaralandığını təsdiqləyib Xüsusi Xidmət X platformasındakı açıqlamada yaralanan nümayişçilərin sayının bir yox, iki nəfər olduğunu bildirib.

Tramp öz bəyanatında Xüsusi Xidmətə öz minnətdarlığını ifadə edib.
"Güllə qulağımın yuxarı nahiyəsini deşib," Tramp bildirib. "Mən dərhal bildim ki, nəsə düz deyil, çünki vıyıltı, atəş səsləri eşitdim və güllənin dərini cırdığını hiss etdim. Çoxlu qanaxma baş verdi, və onda nə baş verdiyini dərk etdim. TANRI AMERİKANI QORUSUN!"

Sabiq prezident və Respublikaçılar partiyasının ehtimal olunan prezidentliyə namizədi insident baş verən vaxt mitinq iştirakçılarına sərhəd keçidləri ilə bağlı rəqəmləri nümayiş etdirirdi. İzdiham silah atəşinə bənzər bir neçə kiçik partlayış səsləri eşidən zaman sabiq prezident əli ilə üzünə toxundu və tribunanın arxasına keçdi. O, dərhal Məxfi Xidmət mühafizəsi tərəfindən çevrəyə alındı. Həmin an Trampın "imkan verin ayaqqabılarımı geyinim" dediyi eşidilir.
Daha sonra sağ qulağı qanayarkən, o bir neçə dəfə "gözləyin" dedi. Bundan sonra Tramp sağ əlini qaldırdı və qəzəbli şəkildə "döyüşün, döyüşün, döyüşün" dedi.
Məxfi xidmətin sözçüsü Antoni Quqlielmi X sosial media platformasında açıqlama verib: "Məxfi Xidmət mühafizə tədbirlərini icra edib və sabiq prezident təhlükəsizlikdədir. Bu, hazırda Məxfi Xidmətin fəal tədqiqatı altındadır və yeni məlumat olduqca paylaşılacaq."
Prezident Bayden hadisədən tez sonra bəyanatla çıxış edib.
"Mən onun, onun ailəsi və nümayişdə iştirak edən hamı üçün dua edirəm. Amerikada bu cür zorakılığa yer yoxdur. Biz millət olaraq bunu pisləməkdə birləşməliyik."
Vitse-Prezident Harris də verdiyi bəyanatda Trampa xoş diləyini çatdırıb.
"Biz hamımız bu cür iyrənc hərəkəti pisləməli və öz üzərimizə düşəni etməliyk ki, bu, əlavə zorakılıqlara gətirib çıxarmasın."
Batler qraflığının prokuroru Riçard Qoldinger Associated Press agentliyinə bildirib ki, şübhəli silahlı şəxs və ən azı bir mitinq ölüb.
Trapın böyük oğlu Donald Tramp Jr. X sosial şəbələsində Trampın ABŞ bayrağı önündə yumruğunu qaldırmış fotosunu paylaşaraq, "O, Amerikanı xilas etmək üçün döyüşü heç vaxt dayandırmayacaq" yazıb.
Şimali Dakota qubernatoru Daq Borqum, Florida senatoru Marko Rubio və Ohayo senatoru Cey. Di. Vans Trampın potensial vitse-prezidentiyə namizədlik siyahısındadırlar. Hər üç şəxs sabiq prezidentin durumu ilə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıblar.
Pensilvaniya ştatının qubernatoru, Demorkat Coş Şapiro X sosial media platformasında insidentlə bağlı məlumatlandırıldığını bildirib: "İstənilən siyasi partiya və ya siyasi lideri hədəfləyən zorakılıq qaəbuledilməzdir. Pensilvaniyada və Birləşmiş Ştatlarda buna yer yoxdur."

Senat Respublikaçılarının lideri, Kentaki senatoru Mitç Makkonel X platformasında yazıb: "Bu axşam bütün amerikalılar dinc mitinqə alçaq hücumdan sonra prezident Trampın vəziyyətinin yaxşı olduğuna minnətdardırlar. Bizim siyasətdə zorakılığa yer yoxdur. Biz Məxfi Xidmətin və hüquq-mühafizə orqanlarının sürətli işini yüksək qiymətləndiririk."
Dünya liderləri də hadisəyə reaksiya verməyə başlayıb.
"Sara və mən prezident Trampa edilən hücumdan şokdayıq," deyə İsrail baş naziri Benyamin Netanahu bildirib: "Onun sürətli şəkildə bərpa olunması və təhlükəsizliyi üçün dua edirik."
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu
-
Makron özü ilə bağlı etiraf etdi: Hələ də yetkinləşə bilməyib
-
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
-
Avropa Rusiyadan imtina edir, amma qaz böhranı dərinləşir - İndi kimdən asılıdır?
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Rusiya Ukraynanın itkilərini yenilədi
XƏBƏR LENTİ
-
Demet Özdemirin yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq - Proqnoz
-
Bakıda metroda faciə: 68 yaşlı kişi qatarda öldü
-
Generalın qızının ev dustaqlığına prokurordan etiraz - Həbs tələb olunur
-
Xaçmazda ev yandı - Ölən var
-
Bakıda bu ərazilərdə kirayə mənzillər bahalaşdı
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu
-
Bank VTB (Azərbaycan)-dan Black Friday fürsəti: 0% komissiya ilə 100 000 AZN-dək kredit!
-
130 nəfər Azərbaycandan deportasiya edildi
-
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib
-
Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib
-
Bakıda avtobus yolunu dəyişdi, dəniz kənarı ilə hərəkət etdi - (Video)
-
Gələn il bütün rayonlar öz xərclərini tam qarşılayacaq
-
Sahibkarların nəzərinə: Qiymətləri belə göstərənlər cərimələnəcək
-
Bu tarixlərdə maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
25 iş gününə 19 min manata yaxın maaş - Azərbaycanda iş elanı
-
Təhlükəsizlik yastığı sürücünün həyatını belə xilas etdi – (Video)
-
İşdən çıxarılan generala yeni vəzifə verildi
-
Fuad Nəcəfli aylar sonra görüntüləndi - (Foto)
-
Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapıldı - Rəsmi
-
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
""Hollivud"a dəvət alan ilk azərbaycanlı aktyoram" - (Video)
-
Bir mənzilin borcu bütün binanın istiliyinə təsir edəcək - Açıqlama





