Dünya

Hindistanda daşqınlar 90 nəfərin həyatına son qoydu

14 İyul 2024 00:10
Baxış: 1 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın şimal-şərqində güclü yağışların səbəb olduğu daşqınlarda 90 nəfər həyatını itirib. 
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, Hindistan Meteorologiya Departamenti (IMD) bu fəlakətlərə görə bölgədə qırmızı təhlükə elan edib.
 
Açıqlamada müxtəlif bölgələrdə yaşayış sahələrinin hələ də su altında qaldığı bildirilib.
 
Qeyd edək ki, hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları ölkəyə böyük ziyan vurur. 
 
Alimlər son illərdə Banqladeş və Hindistanın şimal-şərq bölgələrində müşahidə olunan nizamsız və həddindən artıq yağışın iqlim dəyişikliyi ilə bağlı olduğu fikrini bölüşürlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.