Dünya

NATO-nun sammiti başladı

9 İyul 2024 20:45
Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda öz işinə başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 32 üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitdə Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də iştirak edirlər.

NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçirilən sammitin əsas mövzu Rusiya-Ukrayna müharibəsidir. Sammitin açılışını ABŞ dövlət katibi Antoni Blinken edib. Üzv ölkələr sammit çərçivəsində aparılan danışıqlardan sonra Ukraynaya əhəmiyyətli dəstək paketini açıqlayacaqlar.

Ev sahibi ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin sağlamlıq vəziyyəti ilə əlaqədar onun sammitdə iştirak edəcəyi sual altındadır.

Qeyd edək ki, NATO sonuncu dəfə 2012-ci ildə 50 illik yubileyini qeyd edərkən ABŞ-də sammit keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.