Dünya

Finlandiya qaçqınların qovulması haqqında qanunu təsdiqlədi

6 İyul 2024 06:37
Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiya parlamentinin Konstitusiya Komitəsi qaçqınların ölkədən çıxarılması haqqında qanunu təkrar ekspertizadan sonra təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Finlandiyanın məşhur "Yle" nəşri məlumat yayıb və bildirib ki, qanunla bağlı parlamentdə yekun səsvermə gələn həftə keçiriləcək.

Məlumatda həmçinin qeyd olunur ki, Finlandiya parlamentinin Konstitusiya işləri üzrə komitəsi qanun layihəsinə lazımi dəyişiklikləri edib.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, qanun layihəsinə uyğun olaraq, qanunsuz qaçqınların Rusiya ərazisinə çıxarılması, o cümlədən Moskvanın razılığı olmadan həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.