Dünya

Böyük Britaniyanın yeni baş naziri oldu

5 İyul 2024 17:26
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın yeni baş naziri Leyborist Partiyasının rəhbəri Kir Starmer olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verib.

Kral III Çarlz tərəfindən Nazirlər Kabinetini formalaşdırmaq üçün mandat alan Kir Starmer rəsmi olaraq Böyük Britaniyanın 58-ci baş naziri olub.

Qeyd edək ki, iyulun 4-də Böyük Britaniya parlamentinə keçirilən seçkilərin nəticələri hesablandıqdan sonra Leyboristlər Partiyası mühüm səs çoxluğu ilə qalib gəlib. Mühafizəkarlar Partiyasının rəhbəri Rişi Sunak baş nazir vəzifəsindən istefa edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.