Hadisə

Bakıda beşmərtəbəli binada yanğın oldu

8 İyul 2024 17:15
Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Milli.Az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 70 kv.m. olan üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mənzilin eyvanının plastikdən ibarət qapı və pəncərəsi və eyvana yerləşdirilmiş paltaryuyan maşın yanıb.

Mənzil yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.