Dünya

Tokayev Putinə Dağıstandakı terror aktlarının araşdırılmasında yardım təklif edib

24 İyun 2024 08:46
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dağıstanda baş verən terror aktları ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib və Moskvaya hüquq-mühafizə orqanları vasitəsilə əməliyyat-istintaq fəaliyyətində köməklik təklif edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidmətinin bəyanatında deyilir.

"Qazaxıstan bu qeyri-insani hərəkəti qətiyyətlə pisləyir, BMT, ŞƏT və digər mötəbər beynəlxalq təşkilatların himayəsi altında terrorizmə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır", - bəyanatda deyilir.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Baş verən terror aktları 15-dən çox polisin həyatına son qoyub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.