Dünya

ABŞ Almaniyadakı ordusunu bu ölkələrə göndərə bilər

24 İyun 2024 08:37
Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hakimiyyəti Almaniyadakı qoşunlarının bir hissəsini Şərqi Avropa ölkələrinə, o cümlədən Polşa, Slovakiya, Çexiyaya və Asiya-Sakit okean regionuna köçürməlidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri CBS telekanalında ABŞ-ın 45-ci prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi olmuş Robert Obrayen deyib.

Obrayenin sözlərinə görə, ABŞ güclü hərbi-dəniz qüvvələrini Quam, Havay, Filippin adalarına, həmçinin Avstraliyaya yerləşdirsə, bu, Çinin mümkün işğalına qarşı açıq siqnal olacaq:

"Bizim etməli olduğumuz ilk şey Çinin və Kommunist Partiyasının Tayvanı işğal etməsinin qarşısını almaqdır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.