Hindistanın Qərbi Benqal əyalətində sərnişin və yük qatarları toqquşublar.
Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, hadisə nəticəsində azı beş nəfər ölüb, 20-dən çox şəxs yaralanıb.
Bu barədə jurnalistlərə yerli polisin sözçüsü Abhişek Roy məlumat verib.
Qeyd edək ki, hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Qəzanın hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun