Dünya

Almaniya Ukraynaya III Patriot göndərir

12 İyun 2024 01:30
Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya tezliklə Ukraynaya üçüncü Patriot sistemini, IRIS-T, Gepard qurğularını, raket və sursatları təhvil verəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.

"Hazırda Ukrayna ordusunun ən təxirəsalınmaz ehtiyacı döyüş sursatı, silah, xüsusən də hava hücumundan müdafiə sistemidir. Ona görə də yaxın həftələrdə və aylarda biz Ukraynaya üçüncü Patriot sistemi, IRIS-T qurğusu, "Gepard"lar, raketlər və döyüş sursatları təqdim edəcəyik", - kansler bildirib.

Onun sözlərinə görə, güc və prinsiplərə sadiqlik Putinin diktatura şəklində hərbi qələbənin və sülhün olmayacağını anlaması üçün ilkin şərtdir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.