Dünya

İndoneziyada ilan 45 yaşlı qadını uddu

9 İyun 2024 12:53
Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində piton qadını udub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Detik" portalı məlumat yayıb.

Bildirilir ki, 45 yaşlı Fəridə iyunun 6-da yoxa çıxıb.

Axtarışlar zamanı kənd sakinləri qadının itkin düşdüyü yerin yaxınlığında 5 m uzunluğunda iri qarnı olan piton tapıblar. İtkin düşən qadın ilanın mədəsində tapılıb.

Qeyd edək ki, İndoneziyada pitonun insanı udması halı ilk dəfə deyil. Oxşar hadisə 2022-ci ildə də qeydə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.