Dünya

Kobaxidze: ABŞ-la münasibətləri inkişaf etdirmək bizim istəyimizdir

6 İyun 2024 21:30
Baxış: 530
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstan-ABŞ əlaqələrinin yenidən başladılmasına və inkişaf etdirilməsinə ehtiyac var, biz bunun üçün hər şeyi edəcəyik.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, "şantaj dili"nin sağlam əlaqələrə töhfə vermədiyini vurğulayıb.

Kobaxidze ABŞ ilə müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsinin həm Gürcüstanın, həm də ABŞ-nin maraqlarına cavab verdiyini əlavə edib.

O qeyd edib ki, müdafiə sahəsində yardımların azalması Gürcüstanla yanaşı ABŞ-nin maraqlarını da zədələyəcək: "Düşünürəm ki, hamı praqmatik davranmalıdır. Gürcüstan-ABŞ münasibətlərini inkişaf etdirmək bizim marağımız və istəyimizdir".

Kobaxidze ABŞ-nin Gürcüstandakı hazırkı səfirinin sələflərindən fərqli olaraq konstruktiv olduğunu bəyan edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.