Dünya

Rusiyadan Azərbaycan-İran münasibətlərinə dair açıqlama

23 May 2024 16:49
Baxış: 1 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan və İran arasında münasibətlərin yaxşılaşması bütövlükdə Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət təsir göstərəcək".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

"Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görürük. Biz Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbayan-İran dialoq formatı və "3+3" regional platforması çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Xatırladım ki, bu platformaya Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan daxildir. Əminik ki, regional oyunçular mövcud çağırış və problemlərə kənar müdaxilə olmadan özləri həll yolu axtarmalıdırlar. Bununla bağlı müvafiq müsbət təcrübə mövcuddur və buna arxalanmaq lazımdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.