Dünya

Özü ilə evlənən kişi və ilana ərə gedən qadın - FOTO

14 İyun 2012 11:13
0 Şərh     Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çünki onlar üçün ailə həyatı marazmatik seçimlə başlayıb.

Milli.Az dünyanın ən qəribə nikahlarını təqdim edir.





1. Eyfel qülləsinə ərə getmiş qadın. ABŞ-ın San-Fransisko şəhərində yaşayan 37 yaşlı Erika La Toer Eyffel Parisdəki Eyfel qülləsində elə bu qüllə ilə nikah kəsdirib.





2. Özü ilə evlənən kişi. Çinin Çjuhay şəhərində yaşayan 39 yaşlı Lyu E 100 qonaq çağırdığı toyda özü ilə evlənib. "Gəlin" isə Enin qırmızı paltardakı fotosu idi.




3. Divarla evlənmiş qadın. 54 yaşlı isveçli Eyya-Riita Berliner-Mauer uşaqlıq illərindən Berlin divarını sevdiyini deyir.  Onun evinin yanında Berlin divarının bir hissəsi var və soyadının tərcüməsi də "Berlin divarı"dır. Eyya-Riita divarın bir hissəsi ilə nikahını rəsmiləşdirib.




4. "Nintendo" personajı ilə evlənmiş yapon. "Sal9000" niki ilə tanınan yapon Quam adasında "Nintendo DS" oyununun personajlarından biri olan Nene Aneqasakini özünə "arvad" edib.




5. Attraksiona ərə gedən qadın. ABŞ-ın Nyu-York ştatında yaşayan 32 yaşlı amerikalı Emi Volf Pensilvaniyadakı "1001 Nacht" attraksionunu çox sevir və elə bu attraksiona da ərə gedib.




6. Ölü sevgilisinə ərə gedən qız. Maqali YaskeviçConatan Corc 2008-ci ilin noyabrında ailə qurmağı planlaşdırırdılar. Lakin toya 2 gün qalmış Conatan motosikletdə qəzaya düşərək həlak oldu. Fransa vətəndaşı Maqali də ölmüş sevgilisinə ərə gedib.




7. Yastıqla evlənən kişi. Koreyada yaşayan 28 yaşlı Otaku sevimli yastığı ilə ailə qurub.




8. İlana ərə gedən qadın. Hindistanın Orissa Xurda bölgəsində yaşayan 30 yaşlı qadın Atala kəndində erkək ilana ərə gedib. 2 min qonağın qatıldığı toyda "təzə bəy" kobra olmadığından ilanı bürünc heykəlcik əvəzləyib. Gəlin Bimbelanın dediyinə görə, kobra onu çox sevir.




9. Musiqi mərkəzinə ərə gedən qadın. 43 yaşlı Emma musiqi mərkəzini çox sevir və gündə iki dəfə "nikahdan həzz aldığını" deyir.

Fotolar: Liveİmho

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.