Dünya

Güllələnən baş nazirin son vəziyyəti açıqlandı

20 May 2024 17:54
Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 15-də sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti yaxşılaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,u barədə Banska-Bistritsadakı Ruzvelt xəstəxanasının rəhbərliyi məlumat yayıb.

"Bu gün keçirilən konsultasiyadan sonra xəstənin vəziyyətinin stabil olduğu barədə məlumat verə bilərik. Onun vəziyyəti yaxşılaşır", - məlumatda deyilir.

Slovakiyanın baş nazirinə sui-qəsd cəhdi mayın 15-də baş verib. Siyasətçi Nazirlər Kabinetinin səyyar iclasından sonra küçədə tərəfdarları ilə söhbət edib. 71 yaşlı Yuray Tsintula tapançadan Fitsoya beş dəfə atəş açıb və saxlanılıb.

Baş nazir sinə, bud və mədəsindən yaralanıb. O, vertolyotla Banska-Bistritsadakı xəstəxanaya aparılıb.

Qeyd edək ki, hazırda baş nazirin həyatı üçün təhlükə yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.