Litvanın hazırkı Prezidenti Gitanas Nauseda protokolların 70 faizinin hesablanmasından sonra prezident seçkilərində 47,63% səslə liderdir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Litvanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qeyd edək ki, qalib gəlmək üçün namizəd səslərin 50%-dən çoxunu almalıdır. Namizədlərin heç biri bu səsi toplamasa, iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun