Dünya

AB konsert təşkil etdi, Gürcü Arzusu gəlmədi

10 May 2024 07:42
Baxış: 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan hökuməti AB səfirinin təşkilatçılığı ilə Avropa Günü şərəfinə Tiflisdə təşkil olunan qala-konsertə gəlməyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

"Gürcüstan hökuməti Rustaveli Teatrında Avropa Günü şərəfinə keçirilən qala-konsertdə iştirak etməyib", - məlumatda vurğulanıb.

AB-nin Gürcüstandakı səfiri Pavel Gerçinskinin sədrliyi ilə keçirilən tədbirdə baş nazir və kabinet üzvləri üçün yerlər boş qalıb.

Gecəyə Gürcüstan Prezidenti Salome Zurabişvili gəlib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.