Dünya

Dünyada hər il 1 milyondan çox insan bu səbəbdən ölür

6 May 2024 17:59
Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada hər il yol qəzalarında 1 milyondan çox insan ölür, 17,8 milyon insan isə qəzalarda xəsarət alır.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, təşkilat 108 ölkədən yol təhlükəsizliyi ilə bağlı məlumatları toplayıb. Bildirilib ki, yol qəzaları nəticəsində insan itkisini azaltmaq üçün siyasətlər işlənib hazırlansa da, yol qəzaları və yol təhlükəsizliyi hələ də problem olaraq qalır.

Məlumata görə, 5-29 yaşlı insanların ölümünün əsas səbəbi yol-nəqliyyat hadisələri olmaqda davam edir. Yol-nəqliyyat hadisələri hər il ciddi maliyyə itkilərinə səbəb olsa da, əksər ölkələrin ümumi daxili məhsulunun 3 faizini təşkil edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.