Dünya

Almaniya kansleri Putinə nəyi qadağan edib?

23 Aprel 2024 19:55
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinin böyük alman filosofu İmmanuel Kantdan sitatlar və istinadlar işlətməsinə qarşı çıxıb, Kremli ikiüzlülükdə və manipulyasiyada ittiham edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Şolts vurğulayıb ki, Rusiyanın Kantın irsini özünə aid etmək hüququ yoxdur. O, həmçinin filosofun anadan olmasının 300 illiyinə həsr olunmuş nitqində Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyib.

Putin artıq dəfələrlə öz çıxışlarında Kantın adını çəkib, onu Kalininqrad vilayətinin simvolu və rus xalqı üçün nümunə hesab edib. Bununla belə, Şolts iddia edir ki, filosofdan Rusiya siyasəti kontekstində istifadə etmək yersizdir.

Rusiya rəsmiləri də dövlətlərarası münaqişələrə, o cümlədən Ukrayna münaqişəsinə görə məsuliyyəti Kantın üzərinə atmağa çalışıblar. Almaniya kansleri qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi dövlətlərarası mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olan Kantın irəli sürdüyü əsas prinsiplərə ziddir.

Şolts əlavə edib ki, Kantın beynəlxalq münaqişələrin həllində digər dövlətlərin suverenliyinə hörmətlə yanaşmağa və zorakılığa yol verməməyə çağıran prinsipləri Rusiya hökumətinin hərəkətləri ilə bir araya sığmır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.