Dünya

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

20 Aprel 2024 07:35
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA Saturnun ən böyük peyki olan Titana uçuşu nəzərdə tutan "Dragonfly" missiyasının 2028-ci ilin iyulunda başlayacağını təsdiqləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, kosmik missiya 3,35 milyard dollara başa gələcək. Titan Günəş sistemində Yerdən başqa səthində hava və maye olan yeganə səma cismidir. Onun atmosferi, yağışı, gölləri, okeanları, sahilləri, dərələri, dağ silsilələri və bəlkə də həyatın özü var.

2034-cü ildə Titana çatması planlaşdırılan "Dragonfly" missiyası iki il davam edəcək. Missiya zamanı kosmik gəmi peykdən bir sıra nümunələr götürəcək.

NASA-nın elmi missiya direktorluğunun köməkçi administratoru Nikki Foks bunun geniş ictimaiyyətin marağına səbəb olan möhtəşəm bir layihə olduğunu söyləyib. Bildirilib ki, Titandakı cazibə Yerin cəzbetmə qüvvəsinin cəmi 14 faizini təşkil edir. O, Yerin aldığı günəş işığının yalnız bir faizini görür. Peykin dənizləri və gölləri isə su deyil, maye metandan ibarətdir.

Məlumata görə, "Dragonfly" missiyası pandemiya səbəbindən ləngiyib. 2019-cu ildə seçildiyi zaman onun bir milyard dollara başa gəlməsi gözlənilirdi. Missiya 2026-cı ildə işə salınmalı və səkkizillik kruiz mərhələdən sonra peykə çatmalı idi. Bununla belə, NASA missiyanın kruiz mərhələsini qısaltmaq üçün ağır yük daşıyan aparatı maliyyələşdirməklə gecikmiş buraxılışı kompensasiya etmək qərarına gəlib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.