Dünya

Qazaxıstanda YENİ QANUN: Arvadını döyərək öldürən keçmiş nazir ömürlük həbs ediləcək? - FOTO

15 Aprel 2024 20:50
Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev ölkədə məişət zorakılığı haqqında qanunun qəbulu haqqında fərman imzalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Tokayev məişət zorakılığını cinayət hesab edən sənədlər paketini imzalayıb.

Sənədə əsasən, qadın və uşaqlara qarşı bir çox cinayətlər sərtləşdiriləcək. Bu qərar keçmiş nazir Kuandıq Bişimbayevin arvadı Saltanat Nukenovanı döyərək öldürməsi işi ilə bağlı ölkədə yaranan geniş ictimai etirazlar fonunda qəbul edilib.

İndi sağlamlığa qəsdən ağır zərər vurmağa görə cinayətkar səkkiz ilədək, orta ağır zərər verilməsinə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Əvvəllər hər iki maddəyə əsasən, şəxsin yalnız azadlığı məhdudlaşdırıla bilərdi.

İşgəncə verilməsi üç ilədək müddətə, uşaqlara təcavüz edilməsi və öldürülməsi - ömürlük həbslə cəzalandırılacaq. İntihar həddinə çatdırma maddəsi üzrə beş ildən doqquz ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Qeyd edək ki, arvadı Saltanat Nukenovanı saatlarla işgəncə verərək və qəddar şəkildə döyən, bununla da onun ölümünə səbəb olan, son dərəcə amansızlıqla qətl törətməkdə ittiham olunan ölkənin keçmiş naziri Kuandıq Bişimbayevi 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası gözləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.