Dünya

Britaniya MN: Yaxın Şərqdəki qırıcılarımız İranın buraxdığı PUA-ları vuracaq

14 Aprel 2024 08:15
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Müdafiə Nazirliyi Kral Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki döyüş təyyarələrinin İran tərəfindən buraxılan PUA-ları və raketləri vuracağını bildirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Britaniya İranın İsrailə hücumuna cavab olaraq Yaxın Şərqə Kral Hərbi Hava Qüvvələrinə əlavə qırıcılar göndərib.

Daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.