Dünya

İran İsrailin bu ölkədəki bazasına hücum edəcək - İddia

13 Aprel 2024 19:30
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırmızı dənizin cənubunda, Eritreya sahillərindəki Dahlak arxipelaqında yerləşən İsrailin xaricdəki ən böyük hərbi bazası İranın əsas hədəflərindən birinə çevrilə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin Qırmızı dənizin cənub hissəsindən keçən gəmiləri, o cümlədən İrandan gələn neft tankerlərini izləmək üçün istifadə etdiyi Dahlak adalarındakı hərbi-dəniz bazası İran sistemlərinin əhatə dairəsindədir.

Bundan əlavə, İran qüvvələri Eritreyadakı ən yüksək dağ olan Amba Mossino dağında yerləşən kiçik İsrail radar bazasına da hücum edə bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.