Dünya

Ukraynanın Moskvadakı səfirliyində Rusiya bayrağı qaldırılıb?

11 Aprel 2024 22:12
Baxış: 1 133
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynanın Moskvadakı səfirliyinin ərazisində Rusiya bayrağı qaldırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Məlumata görə, diplomatik qurumun yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsinə Moskva meriyası tərəfindən xitam verilib. Bu, Kiyevin Rusiyanın Ukraynadakı səfirliyinin torpaq sahəsinin icarə müqaviləsini ləğv etmək qərarına cavab olaraq edilib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, bu, Ukraynanın dövlət mülkiyyətində qalan səfirlik binasının özünün toxunulmazlığına təsir göstərmir.

Hazırda səfirlik bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.