Dünya

“NATO Rusiya ilə mümkün münaqişəyə hazır olmalıdır”

11 Aprel 2024 12:22
Baxış: 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın yeni prezidenti Alexander Stubb bildirib ki, NATO liderləri ordularını Moskva ilə potensial münaqişəyə hazırlamağa başlamalıdırlar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Financial Times" məlumat yayıb.

O qeyd edib ki, Rusiyanın NATO-ya hücumunun 2030-cu ildən əvvəl olacağına inanmır.

Stubb həmçinin bildirib ki, Kiyevə önümüzdəki aylarda dəstəyi artırmaq çox vacibdir, çünki Rusiya Prezidenti Vladimir Putin "çox inamlı hiss edir" və indidən sentyabr ayına qədər Ukraynanın irəli müdafiəsini yarmaq üçün "fürsət pəncərəsi"ni hədəfləyir.

Qeyd edək ki, Finlandiya aprelin 4-də rəsmi olaraq Şimali Atlantika Alyansının 31-ci üzvü olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.