Dünya

İsrail diviziyası Qəzzanı niyə tərk etdi? - ABŞ açıqladı

7 Aprel 2024 23:30
Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail hərbçilərinin Qəzzanın cənubundan çıxarılması şəxsi heyətin təchiz edilməsi və istirahət üçündür, hər hansı yeni əməliyyat nəzərdə tutulmur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Onlar (İsrail qoşunları) dörd aydır oradadır və biz onların yorulduğu, yenidən təchiz edilməli olduqları barədə xəbərlər alırıq", - Kirbi bildirib.

Qeyd edək ki, İsrail ordusunun 98-ci diviziyası Qəzzanı tamamilə tərk edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.