Dünya

“Müharibəyə hazırlaşırıq” - Lukaşenko

2 Aprel 2024 19:43
Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibəyə hazırlaşdığını açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Belarus lideri müharibə istəmədiklərini, amma buna məcbur olduqlarını söyləyib.

"Müharibəyə hazırlaşırıq, bu barədə səmimi deyirəm. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" - mən belə düşünmürdəm, amma bu, indi doğrudur", - Lukaşenko bildirib.

Belarus prezidentinin sözlərinə görə, müvafiq bölmələrin lazımi təlimləri keçirilir, qoşunlara müxtəlif növ silah və texnika verilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.