Dünya

Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyasında Azərbaycan bayrağı qaldırıldı - VİDEO - FOTO

28 Mart 2024 17:39
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçirilib.

Milli.Az-ın xəbərinə görə, Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasına minlərlə insan qatılıb.

İştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər.

Aksiyada Yeni Kaledoniyanın birinci şəxsi - baş nazir Luis Mapu iştirak və etirazçılar qarşısında çıxış edib.

İştirakçılar Azərbaycan da daxil olmaqla 3 bayraq - BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb.

Azərbaycana hər zaman onların yanında və neokolonializmlə mübarizəyə dəstək olduğuna görə minnətdarlığını ifadə etmək üçün aksiya iştirakçıları Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.

Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.