Dünya

Avropaya göndərilən 7,2 ton kokainin qarşısını aldı

20 Mart 2024 07:45
Baxış: 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boliviya hüquq-mühafizə orqanları cinayətkarların Avropaya göndərməyi planlaşdırdıqları 7,2 ton kokain partiyasını müsadirə ediblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Boliviyanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə xüsusi bölməsi məlumat yayıb.

Boliviyanın daxili işlər naziri Karlos del Kastilon qeyd edib ki, bu, ölkə tarixində müsadirə edilmiş ikinci ən böyük kokain göndərişidir. Cinayətkarlar narkotikləri metal qırıntıları olan yük maşınlarında daşıyıblar. Yük Çilinin İkike limanına gətiriləcək və oradan da Belçikaya çatdırılacaqdı.

Hüquq-mühafizə orqanları yükün dəyərini 451 milyon dollar qiymətləndirir.

Qeyd edək ki, yanvar ayında Boliviya səlahiyyətliləri 8,7 ton kokain müsadirə etmişdi. Bu, indiyə qədər ölkə tarixində ən böyük narkotik qaçaqmalçılığı idi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.