Dünya

Şimali Koreyada sürpriz dəyişiklik: Kim Çen Inın varisi açıqlandı

18 Mart 2024 20:27
Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Ju-e-nin atasının varisi olma ehtimalı istisna oluna bilməz.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Ku Byon Sam deyib.

Ölkə rəsmisi Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) Kimin qızıyla bölgələrə son səfərləri ilə bağlı xəbərlərini dəyərləndirib.

KCNA-nın bundan öncə Kim Ju-e-ni təqdim edərkən istifadə etdiyi ifadənin dəyişdiyinə diqqət çəkən Ku rəsmi materiallarda Kim Çen In və qızı üçün "rəhbərlik edən böyük insanlar" ifadəsinin işlədildiyini deyib.

Nazirliyin sözçüsü bu ifadənin Şimal Koreya liderləri təqdim olunarkən istifadə edildiyini vurğulayıb.

"Şimali Koreyanın rəsmi mediasında istifadə edilən ifadələr və protokol qaydalarına görə Kim Ju-e-nin varis olması ehtimalı istisna edilə bilməz", - Ku Byon Sam söyləyib.

Şimali Koreya liderinin qızı Kim Ju-e 2022-ci ilin noyabrından bəri çoxsaylı hərbi tədbirlərdə iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.