Dünya

Qəzzada HAMAS-ın rəhbər şəxslərindən biri öldürüldü

18 Mart 2024 17:40
Baxış: 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzzada HAMAS-ın rəhbər şəxslərindən biri öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces - İDF) və İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şabak və ya Şin Bet) birgə bəyanatında deyilir.

Qeyd olunub ki, adıçəkilən qurumların anklavın Əl-Şifa xəstəxanasında həyata keçirdiyi birgə hərbi əməliyyatlar zamanı HAMAS-ın daxili təhlükəsizlik departamentinin rəhbəri Faiq Məbhux (Faiq Mabhuoch) öldürülüb.

Bildirilib ki, o, anklavda təşkilatın fəaliyyətinin koordinasiyasına cavabdeh idi.

Xatırladaq ki, İsrail ordusu HAMAS-ın yüksək rütbəli üzvlərinin xəstəxanada olması ilə bağlı kəşfiyyat məlumatlarını əldə rəhbər tutaraq Əl-Şifada hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar nəticəsində təşkilatın silahlıları da daxil olmaqla 60-dan çox adam saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.