Dünya

Rusiyaya növbəti hücum: bu dəfə yük maşını vuruldu

17 Mart 2024 01:08
Baxış: 1 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus kamikadze dron yük maşınına hücum edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

Yük maşını Belqorod rayonunun Oktyabrski kəndi ilə Yasnıye Zori kəndi arasındakı magistralın bir hissəsində hərəkət edərkən hücuma məruz qalıb.

"Partlayış nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ziyan dəyib. Maşın taxıl şirkətinə məxsusdur", - deyə vilayət qubernatoru bildirib.

Qeyd edək ki, son sutkada Belqoroda iki raket hücumu olub, nəticədə 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

Eyni zamanda, HHM qüvvələrinin zərərsizləşdirdiyi 15 raket qalıqları sənaye müəssisələrinə, fərdi yaşayış evinə və istixanaya düşərək, dağıntılara səbəb olub.

Vilayətdə iki fərdi təsərrüfatda və bir avtomobildə müxtəlif ziyanlar aşkar edilib. Elektrik xətti də zədələnib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.