İrəvan bunu istəyirsə, NATO-ya üzv olmalıdır - Txilava
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər Ermənistanın Fransa, Yunanıstan və başqa ölkələrlə hərbi blok yaratmaq istəyi doğru addım deyil. Ermənistanın müxtəlif ölkələrlə hərbi birlik yaratmaq ideyası nə onun özü, nə də regionumuz üçün yaxşı əlamət deyil.
Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib.
Onun sözlərinə görə, bu cür hərbi blokların yaradılması Ermənistan təhlükəsizliyinə xidmət etmir. Əgər Ermənistan təhlükəsizliyinə xaricdən dəstək almaq istəyirsə NATO-ya üzv olmalıdır. Ona görə ki, NATO-nun prinsipləri başqadır. NATO təhlükəsizliyi qoruyacaq və eyni zamanda, Ermənistana qonşu ölkələrə qarşı hərbi təcavüz və işğalçılıq siyasəti yürütməyə imkan verməyəcək.
Politoloq hesab edir ki, Fransa və Yunanıstanın Ermənistana hərbi birlik təklif etməsi də başa düşüləndir. Fransa və Yunanıstan çoxdandır ki, Cənubi Qafqaza daxil olmaq, burda söz sahibinə çevrilmək istəyirlər. Azərbaycan və Gürcüstan bu məsələdə onlarla həmfikir deyil. Ermənistan isə heç zaman müstəqil siyasət yeritmədiyi üçün onlara verilən hər bir vədə inanır və boyun əyir. Amma bu da Ermənistana öz çirkin niyyətini həyata keçirməyə imkan verməyəcək.
Onun sözlərinə görə, Ermənistanda əksər dairələr də artıq başa düşürlər ki, işğalçılıq siyasətinin əhəmiyyəti yoxdur və bu siyasət yalnız ölkənin özünə ziyan vuracaq. Burada digər maraqlı məsələ isə Ermənistanın Rusiyadan ayrılmaq istəyidir. Rusiyanı onu "satmaqda" ittiham edən Ermənistan hökumətinin son bəyanatları, Rusiya hərbçilərinin və sərhədçilərinin sıxışdırılması bunu açıq-aydın göstərir. Ermənistan hazırda yalnız Rusiyanın mövqeyinin dəyişəcəyindən və sərtləşəcəyindən qorxduğu üçün Fransa, Yunanıstan və digər ölkələrdən dəstək almağa çalışır.
"Bunun da hansı nəticələr verəcəyini gələcək göstərəcək. Düşünmürəm ki, Ermənistanın indiki siyasəti ona uğur gətirsin. Ən böyük uğur sülh və təhlükəsizlikdir. Ermənistan işğalçılıq siyasətindən nə qədər tez əl çəkib, sülh müqaviləsi imzalasa, bir o qədər tez müstəqil dövlət kimi inkişaf edəcək", - deyə T.Txilava vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
XƏBƏR LENTİ
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama





