Dünya

Ukrayna ordusu əks-hücuma keçə bilər - General

6 Mart 2024 22:53
Baxış: 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu bu il əks-hücum əməliyyatı həyata keçirə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-leytenant Aleksandr Pavlyuk bildirib.

"Təşəbbüsü ələ keçirmək üçün hər şey edilir. Bizim bu il vəzifəmiz cəbhə xəttini sabitləşdirmək, düşməni mümkün qədər məhv etmək, bərpaya ehtiyacı olan bölmələri yenidən toplamaq, zərbə qüvvəsi yaratmaq və əks-zərbə əməliyyatlarını həyata keçirməkdir", - quru qoşunları komandiri deyib.

Onun sözlərinə görə, ruslar indi Rusiyadakı prezident seçkilərinə qədər mümkün qədər çox ərazi zəbt etmək üçün hər şeyi edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory