Dünya

Çində güclü zəlzələ oldu

5 Mart 2024 10:24
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Çinxay əyalətinin Yyuşu-Tibet muxtar dairəsinin Dzade qəsəbəsində 5,3 maqnitudalı zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Çinin Seysmik Şəbəkə Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar martın 5-də səhər saatlarında baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və itkilər barədə məlumat yoxdur.

Bildirilib ki, 2010-cu ilin aprelində bu qəsəbədə 7,1 maqnitudalı zəlzələ baş vermişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.