Dünya

NATO-nun yeni mətbuat katibi təyin olundu

27 Fevral 2024 12:17
Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO-nun yeni mətbuat katibi təyin olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, Baş katib Yens Stoltenberq Böyük Britaniyadan olan Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü təyin edib.

"Mən Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü kimi qarşılamağı səbirsizliklə gözləyirəm. Daha təhlükəli dünyada aydın və vaxtında ünsiyyət, media ilə əlaqə həmişəkindən daha vacibdir", - Stoltenberq deyib.

Fərəh Daxlallah daha əvvəl Birləşmiş Millətlər Təşkilatında, Böyük Britaniya hökumətində və "AstraZeneca" şirkətində, eləcə də bir sıra media təşkilatlarında çalışıb. O, 2010-cu ildən 2023-cü ilə qədər mətbuat katibi vəzifəsində çalışmış Oana Lunçeskunu əvəz edir. Yeni mətbuat katibi mart ayından etibarən fəaliyyətə başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.