Ölkə

Gömrük Komitəsinin yeni binasında otağı su basdı - AÇIQLAMA - VİDEO

31 İyul 2025 12:37
Baxış: 1 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.

Milli.Az xəbər verir ki, binadakı yanğınsöndürmə sistemi qəfildən işə düşüb.

Nəticədə otağa tavandan su tökülməyə başlayıb.

Yanğınsöndürmə sisteminin nasazlıq səbəbindən və ya hər hansısa siqnal əsasında işə düşdüyü məlum deyil.

Qurumdan bildirilib ki, soyutma sistemində qısamüddətli texniki nasazlıq baş verib. Nasazlıq tez bir zamanda aradan qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.