Ölkə

Bu halda bütün növ işlər dayandırılmalıdır - RƏSMİ

31 İyul 2025 13:00
Baxış: 970
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"41 dərəcədən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir"​.

Milli.Az xəbər verir ki, bu, Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaydığı məlumatda bildirilib.

"Əmək Məcəlləsinə əsasən, qeyd edilən hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir", - məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.