Dünya

O da ABŞ sanksiyalarına məruz qaldı

23 Fevral 2024 20:00
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev ABŞ-nin sanksiyalar siyahısına daxil edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı 500-dən çox yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

O qeyd edib ki, Vaşinqton bu qərarı davam edən Ukrayna münaqişəsi və Aleksey Navalnıy ilə bağlı vəziyyətlə əlaqədar verib. Baydenin sözlərinə görə, yeni məhdudiyyətlər Rusiyanın maliyyə sektoruna və hərbi sənaye kompleksinə qarşı yönələcək. Bundan əlavə, tədbirlər "sanksiyalardan yayınan" şəxslərə təsir edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.