Dünya

Valensiya tarixinin ən dəhşətli yanğını: Ölənlər və itkin düşənlər var - VİDEO

23 Fevral 2024 10:38
Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Valensiya şəhərində baş verən yanğın nəticəsində azı dörd nəfər həlak olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli Fövqəladə Hallar üzrə Koordinasiya Mərkəzinin "X" səhifəsində məlumat verilib.

Bildirilir ki, binanın xüsusiyyətləri yanğını söndürməyə imkan vermir. 

"Yanğınsöndürənlərin binaya daxil olmasının nə vaxt təhlükəsiz olacağı məlum deyil", - deyə məlumatda vurğulanıb.

Yerli mediada yayılan məlumata görə, yanğın zamanı azı 14 nəfər yaralanıb, 19 nəfər isə itkin düşüb.

Yanğın 14 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Alüminiumdan hazırlanmış üzlük və sintetik izolyasiya örtüyü alovun sürətlə yayılaraq təxminən yarım saat ərzində bütün binanı bürüməsinə səbəb olub. 

Qeyd edək ki, bu yanğın Valensiya tarixində ən dəhşətli yanğın hesab olunub.

-------

İspaniyanın Valensiya şəhərinin Kampanar məhəlləsində 14 mərtəbəli binada yanğın baş verib.

Yanğın sürətlə böyüyərək binanı əhatə edib.

Səlahiyyətlilər yanğında 7 nəfərin yaralandığını və çoxlu sayda insanın xilas edildiyini açıqlayıb. Yaralılar üçün bina ilə üzbəüz səhra xəstəxanası yaradılıb.

Yanğın binaya bitişik digər tikiliyə keçdiyi üçün əhali ərazidən uzaq durmağa çağırılıb. Hadisə şahidləri yanğının sürətlə genişləndiyini və buna binanın üzlük materialının səbəb ola biləcəyini bildiriblər.

Binada 130-dan çox mənzilin olduğu vurğulanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.