Hadisə

Ləman komadan ayıldı

3 Dekabr 2025 13:20
Baxış: 1 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yasamaldakı yaşayış binasında baş verən yanğında ağır xəsarət alan 2000-ci il təvəllüdlü Ləman Qulamova hazırda Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Milli.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.

Bildirilir ki, pasiyentin vəziyyəti ağır stabildir. Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıq və adekvatdır. Lakin hələ də yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi tətbiq olunur. Tənəffüs patterni tam normallaşmadığı üçün intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, yanğın zamanı 3 nəfər həyatını itirib, 27 nəfər xəsarət alıb. Həlak olanlar arasında Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova, Ləmanın anası da olub.

Yanğınla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.