Dünya

Çexiya azərbaycanlı avtoriteti ABŞ-a ekstradisiya etdi

22 Fevral 2024 06:12
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriminal avtoritet Polad Ömərov ABŞ-a ekstradisiya edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Qeyd edək ki, 2022-ci ildə Vaşinqton Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu və daha iki nəfəri ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham etmişdi.

Beynəlxlaq axtarışa verilən P.Ömərov 2023-cü ilin yanvarında Çex Respublikasında order əsasında həbs edilib.

Çex Respublikasının ədliyyə naziri 2023-cü ilin iyul ayında Polad Ömərovun ABŞ-yə ekstradisiyası haqqında qərar imzalamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.