Dünya

Çində fabrikdə partlayış olub, ölənlər var

18 Fevral 2024 14:50
Baxış: 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin şərqindəki Szyansu əyalətində fabriklərin birində partlayış olub, ölənlər var.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Haian şəhərinin (Şərqi Szyansu əyaləti) Fövqəladə Halların İdarə Olunması Departamenti məlumat yayıb.

Hadisə gecə saatlarında alüminium istehsalı müəssisəsində qeydə alınıb. Daha iki nəfərin itkin düşdüyü bildirilir.

Partlayış yerində xilasetmə işləri davam edir. Hadisənin səbəbi barədə məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.